Bakıda yol qəzasında 10 yaşlı uşağın ayağı sınıb

Bakıda yol qəzasında 10 yaşlı uşağın ayağı sınıb
SOSİAL
11:16 25.09.2022
248

Bakının Yasamal rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2012-ci il təvəllüdlü Əhmədli Həbib Ramin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR