Bakının Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobildə yanğın baş verib.
AZXEBER.COM-un hadisə yerində olan əməkdaşının sözlərinə görə “Mercedes” markalı avtomobil hərəkət vəziyyətində olarkən yanmağa başlayıb.
Hadisə yerinə gələn FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürə biliblər.
Hadisə nəticəsində sürücü yüngül yanıq xəsarətləri alıb.



