Bakıda yüksək rütbəli türk zabitinin oğlu öldü

Bakıda yüksək rütbəli türk zabitinin oğlu öldü
Bütün Xəbərlər
07:37 04.09.2012
1892
Türkiyədə “Ergenekon”la bağlı cinayətdə günahlandırılaraq həbs olunan polkovnik-leytenant Yarbay Mustafa Dönməzin oğlu Azərbaycanda baş verən avtoqəzada ölüb.
AZXEBER.COM-un “Habertürk”ə istinadən verdiyi məlumata görə, Yarbay Dönməz oğlunun ölüm xəbərini bu gün məhkəmə zalında eşidib.
Belə ki, eyni cinayət işi üzrə günahlandırılan jurnalist Tuncay Özkan və bir qrup şəxs bu acı xəbəri fasilə vaxtı məhkəmə zalından çıxan Mustafa Dönməzə veriblər. Oğlunun ölüm xəbərini eşidən Yarbay Dönməz sonradan məhkəmə zalına qayıtmayıb. Oğlunun dəfnində iştirak etmək üçün həbsxana rəhbərliyi Yarbay Dönməzə 2 gün azadlığa çıxmaq üçün icazə verib.
Xatırladaq ki, sentyabrın 1-də saat 00:05 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Türkiyə vətəndaşı 21 yaşlı Alpkaan Dönməz vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
OXŞAR XƏBƏRLƏR