Bakıda “Zara”dan oğurluq edən 22 yaşlı qız tutuldu

Bakıda “Zara”dan oğurluq edən 22 yaşlı qız tutuldu
Bütün Xəbərlər
00:58 12.01.2015
6724

O, geyim əşyaları oğurlayarkən yaxalanıb.

Bakıda mağazadan oğurluq edən gənc qız tutulub.AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, 9-cu Polis Bölməsinə müraciət edən 1988-ci il təvəllüdlü Rzayev Nicat Bəxtiyar oğlu Nizami küçəsi 42 ünvanında yerləşən “Zara” geyim mağazasında məsul vəzifədə çalışdığını deyib. N.Rzayev qeyd edib ki, mağazadan oğurluq edən Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mirzəyeva Xatirə Fəxrəddin qızını cinayət başında yaxalayıb.

N.Rzayev 22 yaşlı qızı istintaqa təqdim edib.

Bildirilir ki, oğurluq edən qız elə həmin mağazada işləyirmiş. O, geyim əşyaları oğurlayarkən yaxalanıb.

OXŞAR XƏBƏRLƏR