Bakıda zavodda güclü partlayış - Ölən və yaralananlar var

Bakıda zavodda güclü partlayış - Ölən və yaralananlar var
Bütün Xəbərlər
13:02 16.09.2014
4737
Faktla bağlı araşdırma aparılır.
“Baku Steel Company”də partlayış olub.
AZXEBER.COM xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 18.00 radələrində qeydə alınıb. Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.
Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR