Ötən gün axşam saatlarında Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bir neçə avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.
Hadisə zamanı xəsarət alanların olub-olmadığı barədə hələlik dəqiq məlumat yoxdur.











































