Aeroport yolunda sərnişin avtobusu minik avtomobilləri ilə toqquşub
Bu gün aeroport yolunda iri tutumlu sərnişin avtobusu ilə bir neçə minik avtomobillərinin toqquşması nəticəsində dəhşətli yol qəzası baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qəza aeropot yolunun "Koroğlu" metro stansiyasından Sabunçu qəsəbəsinə gedən hissəsində baş verib.Qəzada sərnişin avtobusu 2 "Mersedes" markalı avtomobillərlə toqquşub. Yolun sağ tərəfindən gələn "Prado" markalı avtomobilin sürücüsü də idarə etməni itirərək yoldan çıxıb və toqquşan avtomobillərə dəyib.Hadisə şahidlərinin bildirdiklərinə görə, qəza yerinə polis əməkdaşları gəliblər və sərnişinlər avtobusdan çıxarılıb.Hadisə zamanı ölən olmasa da, xəsarət alanlar var. Hadisənin baş vermə səbəbləri araşdırılır.