Bakıda zəncrivari qəza olub: - Yolda dəhşətli tıxac yaranıb- FOTOLAR

Bakıda zəncrivari qəza olub: - Yolda dəhşətli tıxac yaranıb- FOTOLAR
Bütün Xəbərlər
12:37 21.11.2013
1183

Nobel prospektində bir neçə maşın toqquşub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.İdarədən bildirilib ki, Alfred Nobel prospektində (Neftayırma zavodunun qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq yolda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin sıxlığı yaranıb.Sürücülərə alternativ yollardan (Babək pr.) istifadə etmələri tövsiyə olunub.Hadisə ilə bağlı APA xəbər verib ki, iki “Mercedes”, “Audi”, “Toyota Pajero”, “Hyundai” və “Medi Klub”a məxsus təcilli tibbi yardım avtomobillərinin toqquşması nəticəsində “Mercedes”lərdən birinin sürücüsü ölüb. Onun meyiti hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən maşından çıxarılıb.

OXŞAR XƏBƏRLƏR