Bakıda zirehli avtomobil sürən “avtoş” peyda olub - FOTO

SOSİAL
14:29 09.10.2019
7135
Bakıda zirehli avtomobillə gəzən yeni "avtoş" peyda olub. Ötən həftə həmin 90-TS-770 dövlət qeydiyyat nişanlı zirehli avtomobil Heydər Əliyev prospektində qəza vəziyyəti yaradıb.

Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, həmin avtomobili idarə edən Kənan Davudzadə adlı şəxsdir.

Onun idarə etdiyi avtomobilin qabaq hissəsində yerləşən dövlət qeydiyyat nişanı isə tam olaraq görünmür. Belə ki, dövlət qeydiyyat nişanı alt hissəyə yerləşdirilib.

Ekspertlər bildirir ki, belə avtomobillər çox iri olduğu üçün paytaxt küçələrində təhlükə saçır, yəni onlar digər sürücülər üçün qəza vəziyyəti yaradır.

K.Davudzadə sosial şəbəkədə idarə etdiyi bu cür avtomobillərin bir çox fotolarını da paylaşıb. Hətta şərh bölməsində zirehli texnikanın "əsl şəhər maşını” olduğunu da qeyd edib.

Məsələ ilə bağlı "Report”a açıqlama verən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol polisi əməkdaşları K.Davudzadəni saxlayandan sonra geri çəkilirlər:

"Azərbaycanın atributları olan nömrənin, bir detalın sadəcə üzüaşağı vurulmasının nə demək olduğunu anlamıram. Həmin sürücünü saxlayan yol polis əməkdaşları ondan sanki qorxurlar. Sürücü həmin vaxt kameranı işə salır və polis əməkdaşları da geri addım atıb, onu yola verirlər.

Doğrudan, yol polis sistemində bir savadlı inspektor yoxdurmu ki, çıxıb Kənan Davudzadənin qanun pozduğunu sübut eləsin? Mən indiyə qədər dəmir "bufer”li "Nissan Patrol” markalı avtomobil görməmişəm. Heç "Nissan” şirkətinin belə maşın istehsal etdiyini də görməmişəm.

Bu, əlavə avadanlıqdır, konstruksiya dəyişikliyidir. Bildiyim qədərilə, də yol polisində həmin avtomobilin bu vəziyyətdə sürülməsi qeydiyyata alınmayıb. Bu avtomobil "offroad” tipli nəqliyyat vasitəsi kimi qeydiyyata alınsaydı, onların mütəmadi olaraq şəhərdə sürülməsi nəzərdə tutulmur”.

E.Muradlı deyib ki, dəmir zirehli avtomobillər sırf dağ-dərə, yarış üçün nəzərdə tutulur:

"Lakin bu şəxs, göründüyü kimi, paytaxt küçələrində həmin avtomobili idarə edir. Kənan Davudzadə sürücü kimi digərlərinə qayda-qanun dərsi keçməyə çalışır. Amma özünün isə belə kobud hərəkətlər etməsi anlaşılan deyil.

Avtomobillərdə dəmir "bufer”lər plastikə baxanda çox təhlükəlidir. Məsələn belə avtomobillər qəza zamanı piyadanı vurarsa, dəmir onu kəsib doğraya bilər, plastik isə bir o qədər də təhlükəli deyil, insana az xəsarət yetirir. Dəmir "bufer”in avtomobilə yerləşdirilməsinin hansı funksiyanın yerinə yetirməsi də məlum deyil”.

Onun sözlərinə görə, Kənan Davudzadənin idarə etdiyi zirehli avtomobillə bağlı ciddi araşdırma aparılmalıdır:

"Polis əməkdaşları həmin sürücünü saxlayıb, yoxlamalıdır, onun hansı qayda pozuntusu etməsini də sübut etmək lazımdır. Belə olmaz axı, çıxıb qayda-qanundan danışır, özü isə həmin qaydanı kobud şəkildə pozur. Bu da başqalarına pis nümunə olur. Başqa şəxslər də fikirləşir ki, "əlimizə bir kamera alaq, düşək şəhərin küçələrinə, yol polisi də bizi saxlamayacaq”.

Necə ki, hazırda yol polisi əməkdaşları Kənanı saxlamırlar, onu görəndə uzaqlaşırlar. Yol polisi əməkdaşları ondan qorxmurlar, sadəcə kameraya düşmək istəmirlər. Hətta bir neçə inspektor Kənanı görəndə qaçıb gizlənir.

Mənim bildiyimə görə, Kənan Davudzadə qayda pozduğu üçün ona cərimə də yazılıb. Yol polisi əməkdaşları ona qayda pozuntusu törətdiyini sübut da ediblər. Lakin Kənan həmin videogörüntünü sosial şəbəkədə yaymayıb. Nədənsə o, özünə sərf edən videogörüntüləri yayır”.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev  bildirib ki, faktla bağlı BDYPİ-də araşdırma aparılır.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:07 03.06.2020

Əməkdar artist: "Sənət insanlarının necə simasız olduğunu gördüm" - VİDEO

17:03 03.06.2020

Prezident Təhsil Nazirliyinə iki milyon manat ayırdı

16:48 03.06.2020

Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək

16:38 03.06.2020

Prezident Ağdamda “N” saylı hərbi hissədə olub

16:28 03.06.2020

Azər Türk Bank müştərilərinə ödənişsiz hüquqi xidmətlər göstərir

16:17 03.06.2020

Mirşahin: "Mən inanmıram Azərbaycanda mənim qədər söyülən ikinci bir həmkarım var"

15:57 03.06.2020

Koronavirusdan sağalmış azərbaycanlı həkim: "Bu virus cavanlarda..."

15:53 03.06.2020

Bakıda qadın qızının sevgilisini bıçaqladı - Qızı ilə evlənmək istəmədiyi üçün

15:45 03.06.2020

Azərbaycan vətəndaşları yayda Türkiyəyə istirahətə gedə biləcəklər? - AÇIQLAMA

15:41 03.06.2020

Ukrayna beynəlxalq uçuşları bu tarixdə açır

15:33 03.06.2020

Bu ölkədə küçəyə çıxmaq qadağasını pozan 15 nəfər öldürüldü

15:33 03.06.2020

Azərbaycanda dövlət kommunikasiyasının inkişaf tendensiyası

15:23 03.06.2020

ÜST rəsmisi: "COVID-19 infeksiyası yenidən arta bilər"

15:19 03.06.2020

Nikol Paşinyan: "Ermənistanda vəziyyət fəlakət həddindədir"

14:44 03.06.2020

Prezident əhalinin bütün zümrələrinə daima qayğı ilə yanaşır - ŞƏRH

14:33 03.06.2020

Qatil polisin arvadından gözlənilən addım: Ərindən boşandı, soyadından imtina etdi