Baş Qərargah: Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsində qalır

Baş Qərargah: Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsində qalır
DÜNYA
19:25 20.07.2026
841
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Sırski vəzifəsinin icrasını davam etdirir.

Bu bəyanatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Baş komandan Aleksandr Sırskinin bu gün vəzifədən azad ediləcəyi barədə Ukrayna mediasında yayılan məlumatlara cavab olaraq yayıb.

"General Sırski Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsində öz səlahiyyətlərini yerinə yetirməyə davam edir. Onun vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil", – bəyanatda bildirilir.
 
///apa
OXŞAR XƏBƏRLƏR