Bakıda özünü 15-ci mərtəbədən atan tələbə ilə bağlı şok məlumatlar - YENİ FOTOLAR

Bakıda özünü 15-ci mərtəbədən atan tələbə ilə bağlı şok məlumatlar - YENİ FOTOLAR
Bütün Xəbərlər
11:32 23.11.2012
8240
Bakının Xətai rayonunda özünü 15-ci mərtəbədən atan tələbə ilə bağlı şok detallar məlum olub. Mərhum Həbib Rəhimovun ailəsi ilə problemi olmasa da, son zamanlar ölümə meylli olubmuş.
Hətta hadisədən bir neçə gün əvvəl onun tələbə yoldaşlarından biri valideynlərinə zəng edərək Həbibin satanistlərin sektasına qurşandığını və onu diqqətdə saxlamağı məsləhət görübmüş. Həmin hadisədən bir neçə gün sonra isə H.Rəhimov özünü öldürüb.
Hazırda araşdırma aparılır. Gənc tələbənin özünə qəsd etməsinin dəqiq səbəbi aparılacaq araşdırmaların sonunda məlum olacaq.
Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, H.Rəhimov Ekologiya və Torpaqşünaslıq fakültəsinin tələbəsi idi. (milli.az)
OXŞAR XƏBƏRLƏR