Bakıda özünü asan fəhlə: Məni bağışlayın. Əlvida!

Bakıda özünü asan fəhlə: Məni bağışlayın. Əlvida!
Bütün Xəbərlər
17:00 28.03.2014
1738
Nizami rayonu ərazisində kasıbçılıq üzündən bir nəfər həyatına son qoyub
Ötən gün Bakının Nizami rayonu ərazisində kasıbçılıq üzündən bir fəhlə həyatına son qoyub. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dünən saat 15:00-da Nizami rayonu Keşlə qəsəbəsi, Qafqaz küçəsi 47 ünvanında yşayan 1969-cu il təvəllüdlü Aslan Valeh oğlu Zeynalovun meyidi evdə asılmış halda tapılıb.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırmalar zamanı kişinin intihar etdiyi məlum olub. Onun cibindən məktub tapılıb.
“Mən sizə yaxşı ata ola bilmədim. Hər şeyi ananıza danışmışam. Sizdən halallıq istəyirəm. Məni bağışlayın. Əlvida!”, - deyə məktubda qeyd olunub.
Qeyd edək ki, Aslan Zeynalov Nizami rayon İcra Hakimiyyətində fəhlə işləyir. Onun 2 övladı var. İlkin ehtimala görə, fəhlə kasıblıq üzündən özünü öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR