Bakıda özünü vəkil kimi təqdim edən şəxs ifşa olundu

Bakıda özünü vəkil kimi təqdim edən şəxs ifşa olundu
Bütün Xəbərlər
15:21 31.07.2012
1206
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Bakı şəhər sakini Fətəliyeva Ülkər Hacıkişi qızı nın ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.Müəyyən edilmişdir ki, özünü vəkil kimi təqdim edən Bəşirov Emin Yusif oğlu Ülkər Fətəliyevanın keçmiş həyat yoldaşından mənzil və digər maddi ödənişləri məhkəmə yolu ilə alacağına köməklik göstərəcəyini vəd edərək ondan 1.000 manat məbləğində pul almaqla dələduzluq edib.Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR