Bakıdakı ABŞ səfirliyi təşvişdə:"Ayıq-sayıq olun" - TERROR QORXUSU

Bakıdakı ABŞ səfirliyi təşvişdə:"Ayıq-sayıq olun" - TERROR QORXUSU
Bütün Xəbərlər
12:27 25.01.2012
1710
ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Təhlükəsizlik Nazirliyinin Bakıda xarici vətəndaşlara qarşı terror aktının qarşısının alınması barədə məlumatından sonra öz vətəndaşlarına xəbərdarlıq edib. AZXEBER.COM-unəlumatına görə, müvafiq xəbərdarlıq ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında yerləşdirilib. Səfirlik ABŞ vətəndaşlarına xatırladır ki, ABŞ əleyhinə və ABŞ-ın Azərbaycandakı xarici siyasət maraqları əleyhinə təhlükə qalmaqdadır: “Azərbaycandakı ABŞ vətəndaşları xüsusilə Qərb və İsrail icmaları ilə əlaqəli olan ictimai yerlərdə sayıq olmalıdır”. ABŞ səfirliyinin mətbuat katibi Kit Bin APA-nın “xəbərdarlıqla əlaqədar səfirlikdə təhlükəsizlik tədbirləri gücləndirilibmi” sualına cavab olaraq bildirib ki, bütün müvafiq təhlükəsizlik tədbirləri görülür. Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda terror aktının qarşısının alındığı barədə məlumat yayıb. Məlumata əsasən, İran xüsusi xidmət orqanları ilə əlaqəli olan Balaqardaş Dadaşov ötən il avqustun 11-də Ərdəbildəki mənzilində öz əlaltısı Rasim Əliyevə xarici ölkə vətəndaşları olan ictimai xadimləri öldürməyi sifariş edib.
OXŞAR XƏBƏRLƏR