Bakıdakı 'Army market' boykot edildi - FOTOLAR

Bakıdakı
İQTİSADİYYAT
13:20 05.08.2013
8526

Çörəyə ehtiyacı olan yaşlı qadının şəkilini oğru kimi çəkib divara vuran marketin bu əməli etiraza səbəb olub

Avqustun 5-də facebook sosial şəbəkəsində Bakıda, Biləcəri qəsəbəsində yerləşən “Army market”lə bağlı boykot çağırışı edilib. Səbəb çörəyə ehtiyacı olan bir qadının çörəyi götürərək pulunu verməməsi olub. Market daxilindəki kameralar vasitəsi ilə görüntülənən qadının daha sonra fotosu oğru kimi “Marketimizdən oğruluq edən!” başlığı ilə divara vurulub.
Sözügedən olay sosial şəbəkədə geniş müzakirələrə yol açmaqla yanaşı, ciddi şəkildə tənqid olunub. Məsələni tənqid edənlər bu olayın həddən artıq utancverici olduğunu söyləyərək, yaşlı qadının bəlkə də hansısa ehtiyacı üzündən belə bir addım atdığını söyləyiblər.
Hər bir halda oğurluq edən şəxsin gördüyü iş araşdırılmalıdır və bunun üçün hüquq mühafizə orqanları var. Lakin oğurluq edən şəxsin kimliyindən asılı olmayaraq onun şərəf və ləyaqəti heç kəs tərəfindən alçaldıla bilməz.
Qeyd edək ki, Biləcəri sakinlərinin verdiyi məlumata görə “Army Market” də bu olay ilk dəfə deyil ki, baş verir. Artıq bu cür hallar marketdə adətə çevrilib və oğurluq edərkən təhlükəsizlik kameralarına düşən bir neçə nəfərin şəkli bu günə qədər dükanın foto lövhəsinə vurulub.
Məsələnin hüquqi tərəfini ilə bağlı Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev “faktceber.com”a açıqlama verərək qeyd edib ki, bu tamamilə qanuna zidd bir hərəkətdir. Marketin hüquq mühafizə orqanı olmadığını bildirən M. Hacıyev “marketin əsas vəzifəsi müraciət etməkdən ibarətdir. Eyni halda market sahibi oğurluq edən şəxslə də danışıqlar aparıb problemi yoluna qoya bilər ”, - deyə bildirib: “Baş verənlər tamamilə qanuna zidd bir hərəkətidir. Market tərəfindən həyata keçirilən olay məsuliyyət gətirir. Fərdlər cinayət törədərkən hüquq mühafizə orqanlarına müraciət edilməlidir və onlar da baş verən hadisəyə uyğun hüquqi tədbirlər görməlidirlər. Lakin Azərbaycan reallığı isə tamamilə başqadır və qanunlar işləmir. Belə ki, burada hər kəs özü şahdır və onun üçün qanun yox, şah qanundur. Ola bilsin ki, market sahibi özünü hüquqi mühafizə orqanın və ya Nazirlər Kabinetinin sahibi kimi hesab edir. Bəs sabah fotosu lövhəyə vurulan şəxs intihar etsə necə olacaq? Hər hansı bir insan imkansızlıqdan bir dənə çörək götürdüyü halda cəmiyyətdə biabır olunursa, o özü-özünə qəsd edə bilər”.
Qeyd edək ki, “Army Market” şəhərin Biləcəri qəsəbəsində, konkret Rəşid İsmayılov küçəsi 13 ünvanında yerləşir. Sahibi isə Qarabağ qazisi Seyid Mirqasımovdur. // musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı
10:59 18.10.2026
Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb