Bu barədə Nəsimi rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kvadratmetr olan dördotaqlı mənzilin yataq otağında təmir işləri aparılan zaman partlayış baş verib. Nəticədə, yüksək temperaturdan 0,5 kvadratmetr sahədə döşəmə və 1 ədəd “Mitsubishi” markalı kondisioner qarsalanıb, pəncərə çərçivəsi yerindən çıxaraq həyətdə dayanmış 2 ədəd minik avtomobilinin üstünə düşüb. Həmin mənzildə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılardan biri – 1960-cı il təvəllüdlü Xosrov Nizaməddin oğlu Əliyev aldığı xəsarətdən xəstəxanada ölüb.
İlkin ehtimala görə, partlayışa texniki təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
APA