Bakıdakı həbsxanaya görüşə gəlmiş 40 yaşlı şəxsin ayaqqabısından narkotik çıxdı
Bütün Xəbərlər
11:27 19.11.2012
718
Bakının Nizami rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisəsində qəribə hadisə baş verib. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 41 yaşlı Elnur Əsgərovun qısamüddətli görüşünə gəlmiş 40 yaşlı Müşfiq Abdullayevin fırıldağının üstü açılıb.Onun ayaqqabısının içərisində yerləşdirdiyi 4 bağlamada polietilen sellofana bükülmüş 4.016 qram heroin, 37 qram həşiş, müəyyən çəkidə tiryək və marixuana aşkarlanıb.