Bakıdakı körpülərin birində bomba həyəcanı

Bakıdakı körpülərin birində bomba həyəcanı
Bütün Xəbərlər
10:40 19.03.2012
1592

Bakıda körpüyə bomba qoyulması barədə polisə anonim məlumat daxil olub. Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, martın 18-də axşam saatlarında Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edən naməlum şəxs Zabrat-Maştağa yolunun üstündəki körpüyə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Axtarışlar nəticəsində məlumat təsdiqini tapmayıb.

Polisdən, həmçinin bildirilib ki, artıq anonim zəngin edildiyi ünvan artıq müəyyənləşib. Anonim zəngi edən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

OXŞAR XƏBƏRLƏR