Bakıdakı ‘masaj salonları’ndan reportaj - VİDEO

Bakıdakı ‘masaj salonları’ndan reportaj - VİDEO
Bütün Xəbərlər
11:37 17.09.2014
8278

Bir çox masaj salonları fahişəxana kimi fəaliyyət göstərir.

Paytaxtın bir çox yerlərində onlara rast gəlmək mümkündür. Təkcə küçələr deyil, eləcə də sosial şəbəkələr və internetdə də hər növ "masaj ustaları"nın elanlarını görmək olar. Yalnız kişilərə xidmət göstərən qadın masajçılar masajın hansı növünü onlara tədbiq edir deyə bilmərəm. Amma hər halda masaj salonları haqqında şəhər sakinlərinin fikirləri də müsbət deyil.AZXEBER.COManspress-ə istinadən məlumatına görə, Bakıda masaj salonlarından birinin nümayəndəsi ikibaşlı fəaliyyət göstərdiklərini təsdiqləyib. Həm intim, həm də, sadəcə, ad olsun deyə masaj yazdıqlarını bildirib. Bu ad altında fəaliyyət göstərən belə salonlar isə heç də az deyil.Masaj salonlarından birinin qapısının qarşısında məni qarşılayan 55-60 yaşlarında xanım içəridən kiməsə səslənir. Sonradan aydın olur ki, sən demə, masaj salonunu və orada "masaj" edənləri idarə edən bu xanım imiş.Qarşılaşdığım mənzərə isə sadəcə, dəhşət idi. Gecə saat 10-dan səhər saat 5-ə qədər kişilərə müəyyən masajlar edən xanımlar yorulub əldən düşüb. Elə salondaca yuxuya gediblər. Qalanları isə min cəhdlə hələ də canının sulu olduğuna müştərini inandırmağa çalışır.Növbəti üz tutduğumuz məkan da masaj salonu adı altında fəaliyyət göstərir. Amma burada da məqsəd başqadır. Masaj otağında yaşı 22-dən tutmuş, 35-ə qədər olan xanımlar saatı 30 manatdan başlayan qiymətlərlə masajdan başqa nə işlə desən, məşğuldurlar.Ən dəhşətlisi isə odur ki, bu salonlarda xidmət göstərənlərin onların diliylə desək, “masajistkaların” heç birinin nə bu sahə üzrə təhsili, nə də onlarda hər hansısa bir xəstəliyin olub-olmaması barədə tibbi arayışları yoxdur. Bu isə istənilən xəstəliyin çox asanlıqla şaxələnməsinə səbəb ola bilər. Bu, bir jurnalist kimi apardığım bir neçə saatlıq araşdırmanın nəticəsi idi. Massaj adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən 3 salonu aşkara çıxardım. Hər halda aidiyyətı qurumlar bunu gördü və yaxın zamanlarda bu salonlar haqqında bir tədbir görülər.

OXŞAR XƏBƏRLƏR