Bakıdakı yanğında 2 nəfər zəhərlənib - Rəsmi

Bakıdakı yanğında 2 nəfər zəhərlənib - Rəsmi
SOSİAL
13:12 02.02.2018
1033
Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
 
AZXEBER.COM nazirliyin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR