Bakıdakı yenidənqurmaya 20 milyon ayırıldı

Bakıdakı yenidənqurmaya 20 milyon ayırıldı
Bütün Xəbərlər
01:12 06.09.2012
1265
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un məlumatına görə, sərəncamda bildirilir ki, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 20,0 (iyirmi) milyon manat vəsait ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR