“Wizz Air” qiymətləri açıqladı.
“Wizz Air” aviaşirkətinin həyata keçirəcəyi Budapeşt-Bakı-Budapeşt reysləri üçün biletlərin qiymətləri məlum olub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, “Wizz Air” və “Ground Handling Company” arasında Budapeşt-Bakı-Budapeşt reyslərinə xidmət üzrə sazişin imzalanma mərasimində “Wizz Air” şirkətinin təmsilçisi Yojef Varadi deyib ki, bir tərəfli gediş üçün biletlərin qiyməti 39,99 avro olacaq.