Bakıdan İstanbula gedən evin tək oğlu yoxa çıxdı: "Ana, məni daha axtarma"

Bakıdan İstanbula gedən evin tək oğlu yoxa çıxdı: "Ana, məni daha axtarma"
SOSİAL
14:15 27.03.2017
40738
Türkiyənin İstanbul şəhərinə gedən Azərbaycan vətəndaşı itkin düşüb.
 
Bu haqda AZXEBER.COM-a yoxa çıxan Şükürov İlkin Xanəsgər oğlunun anası Ülkər Şükürova məlumat verib.
 
Ananın dediyinə görə, oğlundan 3 həftədir ki, xəbər ala bilmir: "İlkin mart ayının 4–də Bakıdan Toros Turizm şirkətinə aid avtobusla İstanbula gəlib. O 1990-cı ilə Rusiyada dünyaya göz açıb və Azərbaycan vətəndaşıdır. Özəl xəstəxalanalardan birində kuryer olaraq işləyirdi".
 
Ülkər Şükürova deyir ki, oğlunun yoxa çıxmasında qaranlıq məqamlar var: "Həmişə deyirdi Türkiyədə yaşamaq istəyirəm, ən böyük arzum İstanbulu görməkdir. Ötən il İstanbula gəzməyə gedəcəkdik, amma alınmadı. 6 aydır çox dəyişmişdi. Özünə qapanırdı, gizli-gizli telefonla danışırdı. Şübhələnirdim. Başqa birinə çevrilmişdi. Baxışları belə dəyişmişdi. Evdən getmədən bir neçə gün öncə dedim ki, oğlum birdən gedərsən bir yerə, səni aldadıb apararlar. Elə bir ürəyimə dammışdı. Dedi "yox mama, mən səni buraxıb heç bir yerə getmərəm". İnanmazdım ki, oğlum məni atıb gedər. Ayın 3-də evdən çıxıb, 4-də xəbər tutduq ki, pasportu ilə Türkiyəyə gelib. Özü ilə heç nə götürməyib. Avtobusda bilet alanda deyib ki, Laləliyə gəzməyə gedirəm. Telefonu da o gündən bağlıdır.
 
Ana deyir ki, televiziyada süjet efirə gedəndən sonra ona naməlum nömrədən mesaj gəlib: ""Space" Televizyasının Türkiyə təmsilçiliyi məndən sujet hazırladı verdi, o gecə bizə bir nömrədən mesaj gəldi ki, mən Şam şəhərindəyəm. Bir daha məni axtarmayın. Nə qədər zəng edirik telefonu açan yoxdu. Türk polisinə müraciət etmişəm, onlar da axtarır. Ancaq deyirlər ki, onun yaxınındakı adamlar tapılmalıdır ki, hara getdiyini öyrənə bilsinlər. Oğlum kiminlə oturub dururdu bilmirəm. 15 gündür İstanbuldayam. Səsimi hər kəs eşitsin istəyirəm. Oğlumu tanıyanlar, bilənlər mənə kömək etsinlər. Çarəsizəm. Gözümün ağı qarası bir oğlum var. Mən onsuz yaşaya bilmərəm. Bilirəm oğlumu Türkiyəyə aldadıb, gətiriblər. O heç vaxt məndən ayrılmazdı. Xahiş edirəm bir gözüyaşlı ananın səsini eşidin, mənə kömək edin. " 
 
Qeyd edək ki, məsələylə bağlı Azərbaycanın İstanbuldakı konsulluğuna da məlumat verilib, onlar da İlkini axtarır. 
 
Ana övladının fotolarını da təqdim edib.
 

 

 

 

 



 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək