Bakıdan Nabrana istirahətə yollananlar qəzaya uğradı: Ölənlərin kimliyi açıqlandı

Bakıdan Nabrana istirahətə yollananlar qəzaya uğradı: Ölənlərin kimliyi açıqlandı
SOSİAL
13:54 09.07.2023
1330
Şabranda avtomobil qəzası nəticəsində dünyasını dəyişən üç şəxsin kimliyi məlum olub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Şabran rayonundan keçən hissəsində "Mercedes-Vito” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 2006-cı il təvəllüdlü Səlimov İsbat Sadiq oğlu, 1979-cu il təvvəlüdlü Həsənov Məhərrəm Tofiq oğlu və 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəy oğlu ölüb.

Onların Bakıdan Nabrana istirahətə getdikləri bildirilir.

Qəza zamanı daha iki nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR