Bakıdan Şuşaya təşkil edilən avtobus reyslərinin sayı 2 dəfə artırıldı - FOTOLAR

Bakıdan Şuşaya təşkil edilən avtobus reyslərinin sayı 2 dəfə artırıldı - FOTOLAR
SOSİAL
13:13 31.01.2022
219
İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib.

Bu barədə AZXEBER.COM-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı – Şuşa – Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı – Şuşa – Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.

Digər istiqamətlər üzrə marşrutların hərəkət qrafikinə edilən dəyişikliklər aşağıdakı cədvəldə qeyd olunub.
 


OXŞAR XƏBƏRLƏR