''Bakıelektrikşəbəkə'' ASC borcu olan abonentlərə xəbərdarlıq etdi

Bütün Xəbərlər
16:22 09.10.2012
1093
“Bakıelektrikşəbəkə” ASC borclu abonentlərə xəbərdarlıq edib.
“Bakıelektrikşəbəkə”dən verilən məlumata görə, ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 15 oktyabr saat 11:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq ki, bu da abonentlərə müəyyən problemlər yaradacaqdır. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamaması üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir
OXŞAR XƏBƏRLƏR