Bakıkartdan ödənişlərdə yaranan problemlə bağlı AÇIQLAMA
SOSİAL
20:42 17.06.2026
137
Bu gün saat 19:35 radələrində bəzi avtobuslarda quraşdırılmış kart oxucularında yaranmış qısamüddətli texniki nasazlıq səbəbindən BakıKart, bank kartları və digər təmassız ödəniş vasitələri ilə ödəniş zamanı müvəqqəti çətinlik müşahidə olunub.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Bakıkart” məlumat yayıb.
Nasazlıq operativ şəkildə aradan qaldırılıb və saat 20:00 etibarilə sistemin fəaliyyəti tam bərpa olunub.