Bu dərmanlar görmə itkisinə səbəb ola bilər

Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
SOSİAL
17:27 10.11.2026
39

Arıqladan dərmanlar görmə itkisinə səbəb ola bilər. 

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman Administrasiyasının ( FDA ) nümayəndələri məlumat yayıblar. 

Qeyd olunur ki, dərmanlar qeyri-arterial ön işemik optik neyropatiyanın inkişaf ehtimalını artırır.

"Bu, bir gözdə görmə itiliyinin qəfil, ağrısız azalmasına, o cümlədən görmənin tamamilə itirilməsinə səbəb ola biləcək nadir bir vəziyyətdir", - deyə məlumatda qeyd olunub. 

Xəstəlik ağrı olmadan inkişaf edə bilər. Qida və Dərman Administrasiyası (FDA) arıqlama dərmanı istehsalçılarından məhsul məlumatlarına potensial ağırlaşmalar barədə xəbərdarlıqlar daxil etmələrini tələb edir.

OXŞAR XƏBƏRLƏR