Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı
SOSİAL
15:10 10.11.2026
47
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM "Oxu.Az”a istinadən xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb.

Hadisəsi törətməkdə şübhəli bilinən 50 yaşlı kişi saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR