Murat Kurum Muxtar Babayevə təşəkkür etdi

Murat Kurum Muxtar Babayevə təşəkkür etdi
SOSİAL
14:39 10.11.2026
58
COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP29-un prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevə beynəlxalq iqlim prosesinə verdiyi töhfələrə görə təşəkkür edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə Antalyada COP31 çərçivəsində keçirilən "COP-un keçmiş prezidentlərinin birgə bəyanatı” adlı tədbirdə danışıb.

Kurum Türkiyə və Azərbaycanın iki qardaş ölkə kimi birgə fəaliyyət göstərdiyini vurğulayıb. O, Azərbaycanın COP29-a sədrliyi dövründə qazandığı təcrübənin Braziliyanın COP30 və Türkiyənin COP31 sədrliyinə ötürülməsini yüksək qiymətləndirib.

COP31 prezidenti Bakıda keçirilən konfransın nəticələrindən danışaraq iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin qəbulunu mühüm nailiyyət adlandırıb:

"Biz Bakıda qəbul edilən maliyyə hədəfini mühüm uğur hesab edirik”.

O, həmçinin COP29-da Paris Sazişinin 6-cı maddəsinin tətbiqi qaydalarının razılaşdırılmasının tamamlandığını xatırladıb. Kurumun sözlərinə görə, hazırda əsas vəzifə qəbul edilmiş qərarların ölkələr və insanlar üçün konkret nəticələrə çevrilməsini təmin etməkdir.
OXŞAR XƏBƏRLƏR