Bakılı biznesmeni aldatdılar –150 min dollarını geri ala bilmir

Bakılı biznesmeni aldatdılar –150 min dollarını geri ala bilmir
Bütün Xəbərlər
10:09 08.02.2016
1535
Bakı sakini biznes qurmaq məqsədi ilə tanışlarına verdiyi külli miqdarda pulun geri qaytarılmasını istəyir.
AZXEBER.COM-un Lent.az-a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına müraciət edən 1975-ci il təvəllüdlü Babayev Şəmsi Fikrət oğlu bildirib ki, 2007-ci ilin 15 yanvar tarixində Elgiz və Mehdi adlı tanışlarına Rusiya Federasiyasından taxta gətirmək üçün 150 min dollar verib. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyib.
Ş.Babayev pulunun geri qaytarılmasına köməklik göstərilməsini xahiş edib.
Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR