Türklər “azəri sürücülər həmişə belədir” deyirlər.
Bakıdan Türkiyəyə gedən sürücü burada özünü əməlli-başlı“göstərib”.AZXEBER.COM avtosfer.az-a istinadən xəbər verir ki, daha doğrusu, qayda pozuntusu ilə insanların diqqətini çəkib və Azərbaycanın adını orada da pis mənada hallandırıb oxucular tərəfindən göndərilən fotodan aydın olur ki, İstanbulun Aksaray adlanan ərazisində Azərbaycana məxsus “BMW-X-6” markalı, 90 HN 888 dövlət nömrə nişanlı avtomobil dayanma-durma qaydalarını kobud şəkildə pozub.
Görünür, özünü Bakıdakı kimi hiss edən sürücü avtomobili səkiyə çıxarıb və orada park edib.
Fotonu saytımıza göndərən oxucunun bildirdiyinə görə, Bakıdan gələn sürücünün bu hərəkəti ətrafdakı insanlar tərəfindən pis qarşılanıb və türklər“azəri sürücülər həmişə belədir” deyə, keçib gediblər.
Fotoya diqqətlə baxdıqda məlum olur ki, səkidə bu maşından başqa heç kim park etməyib. Maşınlar yalnız yolun solunda dayanıb.