İndiyədək yeni qaydalara əsasən Bakı şəhəri üzrə 750 küçə və prospektə ünvan təyin edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində ilin birinci yarısına həsr olunmuş müşavirədə bildirilib.Sumqayıt şəhəri üzrə isə 70 sayda nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilib.Gəncə şəhəri üzrə 459 küçə və prospektə ünvan təyin edilməsi üzrə hazırlıq işlərinin icrası yekunlaşdırılıb, eləcə də onların koordinatları müəyyənləşdirilib.Bakı şəhərində mövcud olan küçə, prospektlər üzrə ünvan lövhələrinin quraşdırılması işlərinin icrasına başlanılıb, şəhərin 20 küçə və prospekti üzrə 3500 ədəd giriş nömrə nişanı və bina ünvan lövhəsi quraşdırılıb.