"Bakının 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etmək şansı yüksəkdir"

"Bakının 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etmək şansı yüksəkdir"
İDMAN
16:58 05.11.2011
2233
4 noyabr Lozanna şəhərində “2020-ci il Olimpiya oyunlarına namizəd şəhərlər” başlığı altında keçirilən iclasda Azərbaycan dünyanın 3 mötəbər şirkəti- pmplegacy (20 ildən artıqdır ki olimpiya hərəkatında menecment üzrə beynəlxalq konsultasiya şirkəti kimi fəaliyyət göstərir.), “Burson- Marsteller” və “Adore Creative” ilə əlaqələr qurmaqla 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etmək istiqamətində böyük addımlar atıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (AGİN) Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, Chime Kommunikasiya ASC-nin Chime İdman Marketinqi bolümünün hissəsi olan “pmp” namizəd şəhərin strateji və texniki işlərini aparacaq, brend bölgüsü, izahat və mesajın ötürülməsinə məsuliyyət daşıyacaq; namizəd şəhərin və sənədlərin inkişafı və 2020- Bakı namizəd şəhərin Olimpiya Hərəkatında əlaqələrinin qurulması və təqdimatlarını edəcək.  Dünyanın 6 kontinentinin 110 ölkəsi ilə əlaqələr qurmuş, ictimaiyyətlə əlaqələr (PR) sektorunda dünya şöhrəti qazanmış Burson-Marsteller şirkəti, namizəd şəhər olan Bakının mətbuatla əlaqələri, kommunikasiya strategiyasının təşkilinə cavabdeh olacaq.2014-cü il Soçi Qış Olimpia oyunları, 2018-ci ildə Rusiyada təşkil olunacaq Dünya Kuboku üçün reklam və yaradıcılıq sahəsində təbliğat işləri ilə öz töhvəsini vermiş “Adore Creative” şirkəti, filmlərin çəkilişi, yeni media və reklam kampaniyasının aparılması ilə məşğul olacaq. Baş nazirin birinci müavini, “ Bakı 2020” Təşkilat komitəsinin sədri Yaqub Eyyubov: “Biz bu cür yüksək səviyyəli şirkətlərlə əlaqələrin qurulmasından məmnunluğumuzu bildiririk. Şirkətlər çalışdıqları sahələrdə aparıcı rol oynayırlar. Əminəm ki, bu 3 şirkət öz işlərini çox yüksək səviyyədə həyata keçirəcəklər, belə ki, biz 2020-ci il üçün namizəd şəhər olaraq, 2012-ci il may ayında keçiriləcək seçimdə qalibiyyət uğrunda iddialıyıq. ”Gənclər və İdman naziri Azad Rəhimov: “Biz Beynəlxalq Olimpiya Komitəsinə Bakı şəhərinin sözün əsl mənasında 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində ən doğrü şəhər olduğunu sübut etmək üçün, 2016-cı il üçün başladığımız namizəd şəhər kampaniyamızı yüksək səviyyədə davam etdiririk. Təbii sərvətlərimizə və coğrafi mövqeyimizə minnətdar olaraq bu gün ölkəmiz iqtisadi sahədə dünyada ən sürətli inkişaf edən ölkələrindən biridir. Ölkəmiz mötəbər idman tədbirlərinə ev sahibiyi edir. Biz beynəlxalq olimpiya komitəsi, bütün olimpiya ailəsi və regiona ev sahibliyinə layiq olduğumuzu nümayiş edəcəyik.”PMPlegacy-nin rəhbəri Peter Mann: “Bakı 2020-ci il üçün mübarizədə güclü namizəd kimi önə çıxır. Bakı hal hazırda ən proqressiv, möhtəşəm şəhərlərdən biridir ki, bu da onun regionda ən böyük uğurunun açarıdır. İdman, sosial sahədə çox böyük ambisiyaları və məqsədləri olan ölkə ilə işləməyimiz bizim üçün çox xoşdur. Bakı namizədliyi boyunca olimpiya dəyərlərinin mükəmməlliyində, hörmət və dostluq münasibətlərinin qurulması istiqamətinə tam uyğun olan bir şəhərdir. ”

Burson-Marsteller şirkətininin Avropa Yaxın Şərq və Afrikadakı icraçı direktoru Jeremy Galbraith : “Biz Bakının 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi etməsi arzusunun gerçəkləşməsi istiqamətində aparılacaq Olimpiya Hərəkatında onlara dəstək olmaları üçün seçilməyimizdən məmnunluq və qürur hissi duyuruq. Bakı nağıldır. Bu zəngin tarixi və mədəniyyəti, möhtəşəm təbii sərvətləri olan gözəl bir şəhərdir. Azərbaycanın nüfuzlu siyasi simalarından ibarət şəxslərin toplandığı nümayəndə heyəti ilə tanış olduqdan sonra, mən tam əmin oldum ki, Bakı həm bacarıq, eyni zamanda öhdəlik baxımından dünyanın ən möhtəşəm şousuna ev sahibliyi etməyə qadirdir.”  

“Adore Creative” in yaradıcısı, icraçı direktoru və yaradıcı direktoru Rupert Wainwright: “Bakı! Necə də valehedici bir şəhər! Müasir arxitekturası ilə qədim abidələrinin bir yerdə cəmləşdiyi və insanı valeh edən bir məkan. Bakı, texnoloqiya sahəsindəki gələcək inkişafı, mədəni sərvətləri, idmana olan sevgisi ilə təsvir olunmaz şəhərdir. Bütün bu gözəllikləri seçməklə Bakını dünyaya tanıtmaqdan qürur duyuruq ”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib