Bakının 'ağ ciyər'inin bir hissəsini kəsdilər - FOTOLAR

Bakının
Bütün Xəbərlər
16:31 18.01.2013
1990
Bakının Nizami rayonu ərazisində Bəhruz Nuriyev küçəsindəki 57 saylı binanın həyətində ağaclar kəsilib. AZXEBER.COM-un day.az saytına istinadən verdiyi xəbərə görə, ağaclar yarıya qədər kəsilib, artıqları hələ də yığışdırılmayıb.Məsələyə münasibət bildirən 121 saylı Mənzil-İstismar Sahəsinin mühəndisi Cümşüd Babayev bildirib ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertizasının rəyi əsasında kəsilib. Bu ağaclar qəzalı vəziyyətdə olduqlarına görə kəsilib.“Kəsilmiş ağacların qalıqları yaşayış məntəqəsindən kənara daşınıb. Yerdə qalan hissələr isə yaxın vaxtlarda təmizlənəcək”, - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR