Dekabrın 25-26-da Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi hissələrində içməli su müəyyən fasilələrlə veriləcək."Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, fasilələr Bakı şəhəri Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bir hissəsində 24 saat fasiləsiz içməli su təchizatını təmin etmək məqsədi ilə "+110 Şərq" su anbarında 1400 mm diametrli kollektorun paylayıcı şəbəkəyə qoşulması işləri ilə əlaqədardır.