Bakının bir neçə prospekti bağlanır

Bakının bir neçə prospekti bağlanır
Bütün Xəbərlər
11:37 29.04.2014
622
Yol göstərici xətləri yenidən rənglənir.
Bakının bir neçə prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
AZXEBER.COM xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkəti bu gün saat 12:00-dan etibarən, Süleyman Sani Axundov küçəsində qismən, saat 22:00-dan etibarən isə Şah İsmayıl Xətai prospektində və Heydər Əliyev prospekti istiqamətində yol ötürücüsündə tam məhdudlaşdırılacaq.
Məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
OXŞAR XƏBƏRLƏR