Mənfi 6-10 dərəcə temperaturda Bakının böyük bir qismi işıqsız qalıbŞəhərin Suraxanı rayonu Yeni Günəşli və Xətai rayonu Əhmədli qəsəbələri tamamilə işıqsız qalıb. Qəsəbə sakinlərinin verdiyi məlumata görə, işıqlar 21:15 radələrində sönüb. Qəsəbə sakinləri 6-8 dərəcə şaxta ilə mübarizə aparırlar. Bakı Elektrik Şəbəkə ilə əlaqə yaratmağa çalışsaq da, telefonlara cavab verən olmadı. Qeyd edək ki, hal-hazırda paytaxtda mənfi 6-10 dərəcə temperatur var. güclü şimal-qərb küləyi əsir. Yollar buz bağlayıb.