Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. AZXEBER.COM xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.