Bakının bu ərazisində yanğın başladı

Bakının bu ərazisində yanğın başladı
SOSİAL
12:30 28.09.2022
212
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, ilkin məlumata əsasən, təqribən 1 ha sahədə quru ot və məişət tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR