Sosial şəbəkələrdə Bakı məktəbində şagirdlərin bir aydan çox müddətdə dərsə getmədiyini əks etdirən kağız jurnalın fotoları yayılıb.
AZXEBER.COM xəbər verir ki, görüntüləri yayılan jurnal Yasamal rayonunda yerləşən Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəbə məxsus olduğu bildirilib.
Fotolar sentyabr-oktyabr aylarında şagirdlərin 90 faizindən çoxunun dərsə qatılmadığını göstərir.
AZXEBER.COM mövzu ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə müraciət edib.
İdarədən verilən açıqlamanı təqdim edirik:
"2025-2026-cı tədris tədris ilindən etibarən paytaxt üzrə digər ümumtəhsil müəssisələrində olduğu kimi 38 nömrəli tam orta ümumtəhsil məktəbində də elektron jurnallar tətbiq olunur. Təhsilalanların qiymətləndirməsi və digər müvafiq qeydlər "Rəqəmsal məktəb" platforması üzərindən aparılır.
Bir sinifdə müəllim öz təşəbbüsü ilə formativ qiymətləndirmə jurnalından istifadə edib. Bununla bağlı həmin sinfin müəllimləri ilə maarifləndirmə işi aparılıb.
Elektron jurnalların tətbiq edilməsinin əsas məqsədinin qiymətləndirməni rəqəmsallaşdırmaq, valideyn-məktəb əlaqəsinin daha əlçatan olmasını təmin etməkdən ibarət olduğu bir daha diqqətə çatdırılıb.
Qeyd edək ki, rəqəmsal platformada şagirdlər dərs cədvəllərini izləyə, valideynlər istədikləri zaman övladlarının qiymətləri ilə tanış ola bilirlər".
Həmin fotonu təqdim edirik:
Günel Hüseynli











































