Bakının bu rayonlarında su gəlməyəcək - SİYAHI

Bakının bu rayonlarında su gəlməyəcək - SİYAHI
Bütün Xəbərlər
17:35 02.09.2013
1490

Bakı şəhərinin üç rayonuna içməli su 2 gün müddətində fasilələrlə veriləcək.

«Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən verilən məlumata görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində Bakı-Ələt avtomobil yolunun 67-ci kilometrliyində yol qovşağının tikintisi ilə bağlı Kür su kəmərləri sisteminin magistral xətlərindən birinin avtomobil yolunun altına düşən hissəsi köçürülür.

Köçürülmə işlərinin aparılması ilə əlaqədar sentyabrın 2-dən həmin magistral xətlə Bakı şəhərinə suyun verilməsi dayandırılıb. Bununla əlaqədar paytaxtın Qaradağ rayonuna, eləcə də Binəqədi və Səbail rayonlarının bir hissəsinə içməli su 48 saat müddətində fasilələrlə veriləcək. 

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abonentlərdən üzr istəyir.

 

OXŞAR XƏBƏRLƏR