Bakının bu yolları bağlanır

Bakının bu yolları bağlanır
Bütün Xəbərlər
13:23 20.09.2014
824
Bakıda “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulur.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrinin hərəkətin məhdudlaşdırılması tədbir iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.Belə ki, paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyli, Mehdi Hüseyn, Zərifə Əliyeva, Rəsul Rza, Bakıxanov, Vaqif, Koroğlu Rəhimov küçələrində, Azadlıq, Neftçilər, Parlament, Heydər Əliyev, Hüseyn Cavid prospektləri, “Azneft” meydanı, Mərdəkan-Zaqulba şosesi, eləcə də digər küçə və prospektlərdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.
OXŞAR XƏBƏRLƏR