Bakının bu yollarında sıxlıq müşahidə olunur - Fotolar

Bakının bu yollarında sıxlıq müşahidə olunur - Fotolar
SOSİAL
19:16 04.09.2020
554

Hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Məlumata görə, Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolda, Ş.İ Xətai prospekti H.Əliyev prospekti istiqamətində ciddi sıxlıq var. Sıxlıq səbəbindən qeyd olunan istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr yaranıb. Hazırda H.Əliyev prospekti şəhər istiqaməti kənar yolda 15-dən artıq avtobus sıxlıqda qalıb.

Ziya Bünyadov prospektində də hər iki istiqamətdə sıxlıq var. Burada da həm müntəzəm, həm də ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər var.






OXŞAR XƏBƏRLƏR