Bakının ‘Üç Alov’u dünyanın on ən gözəl göydələnləri sırasında – SİYAHI

Bakının ‘Üç Alov’u dünyanın on ən gözəl göydələnləri sırasında –  SİYAHI
Bütün Xəbərlər
13:47 21.05.2014
6405

182 metr hündürlüyü olan bina 6-cı yeri tutub.

Bakının mərkəzində yerləşən Flame Towers binalar kompleksi 2013-cü il üçün dünyanın on göydələni sırasına düşərək “Emporis Skyscraper Award” mükafatına layiq görülüb.

AZXEBER.COM xəbər verir ki, “EmporisSkyscraperAwardmükafatı 2000-ciildənmövcuddur.

Bu, müstəqil ekspertlərin səsverməsi ilə dünyada yalnız göydələnlərin təltif edildiyi yeganə mükafatdır.

Bina memarlıq və dizayn, funksionallıq, mühəndis sisteminin innovasiyası, sakin və turistlər üçün komfort kimi bir neçə meyar üzrə dəyərləndirilir.

Təşkilatçılar iddia edirlər ki, mükafatın məqsədi estetik zövqü və təxəyyülü inkişaf etdirən, eyni zamanda effektiv istifadə edilən və şəhər mühitinin ahənginə uyan gözəl obyektlərə diqqəti yönəltməkdir.  

İlk seçmə turunda 300 nominantdan ibarət siyahı təşkil edilir, ikinci həlledici turda top-10 müəyyənləşir.

Bakının 182 metr hündürlüyü olan Flame Towers 2013-cü ilin dünya göydələnləri sırasında 6-cı yeri tutub, birinci yeri isə Britaniyanın 306 metr hündürlüyü olan The Shard (London) tutub.

 Siayhı isə aşağıdakı kimidir:

1. London - 306 metr hündürlüyü olan “The Shard”

2. Vyana - 250 metr hündürlükdə olan "DC Tower”

3. Çində - 102 metr yüksəklikdə “Sheraton Huzhou Hot Spring Resort” 

4. Dubayda - 307 metrlik “Cayan Tower “ 

5. Sidney - 117 metrlik “One Central Park” 

6. Bakı - 182 metr hündürkdə olan “Flame Towers”

7. Moskva - 339 metrlik “Mercury City” 

8. Sinqapur - 136 metrlik “Ardmore Residence” 

9. Çex Respublikası - 11 metrlik “AZ Tower” 

10. Fransa - “Tour Carpe Diem” və Çində yerləşən “Nanfung Commercial, Hospitality and Exhibition Complex” göydələnləri

OXŞAR XƏBƏRLƏR