Bakının mərkəzi küçəsi yenidən qurulur. Milli.Az-ın məlumatına görə, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi qazılıb, əraziyə maşınların hərəkəti məhdudlaşdırılıb. Küçəboyu borular dəyişdirilir, yolun asfalt təbəqəsi qaşınıb.“Azəryolservis” ASC-dən verilən məlumata görə, Dilarə Əliyeva küçəsi əsaslı təmir olunacaq. Hazırda yolda təmirdən əvvəl görülməsi nəzərdə tutulan işlər həyata keçirilir. Yeraltı kommunikasiya xətləri təzələnir, su və kanalizasiya boruları dəyişdirilir.