Heydər Əliyev prospekti bağlandı.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, sürət tabloları üçün nəzərdə tutulan portalın quraşdırılması işləri ilə əlaqədar olaraq, təxminən 2 saat müddətində Heydər Əliyev prospektində (şəhər istiqaməti) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq Ziya Bünyadov prospektinə istiqamətləndiriləcək.