Heydər Əliyev prospektindəbaş verən qəza nəticəsində tıxac yaranıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZXEBER.COM-a verilən məlumata görə, Heydər Əliyev prospekti - kənar yolda (NİİM-in yaxınlığında - şəhər istiqaməti) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hazırda sıxlıq müşahidə edilir.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.

