Bakının ictimai yerlərində internet-köşklər açılacaq

Bakının ictimai yerlərində internet-köşklər açılacaq
Bütün Xəbərlər
10:40 06.01.2012
1556
“Kür” Elektron Avadanlığı Müəssisəsi tərəfindən Bakının ictimai yerlərində internet-köşklərin açılması planlaşdırılır. Müəssisədən bildiriblər ki, köşklər təhsil müəssisələrində, biznes mərkəzlərində, vağzal və aeroportların gözləmə zallarında, avtobus dayanacaqlarında quraşdırılacaq.
 “WiMAX” texnologiyası üzrə internet şəbəkəsinə qoşulmuş bu avadanlığın sürəti 1 Mbit/s təşkil edir. İnternet-köşklər printerlə və istifadəçi ilə internet şəbəkəsi arasında əlaqə yaradan internet-brauzerlə təmin olunacaq. Terminala hər hansı bir məlumatın daxil edilməsi sındırılması qeyri-mümkün olan klaviatura vasitəsilə yerinə yetirilir.
OXŞAR XƏBƏRLƏR