Bakının iki qəsəbəsində su olmayacaq

Bakının iki qəsəbəsində su olmayacaq
Bütün Xəbərlər
10:48 09.04.2013
1108

Bu gün Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov və Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin bəzi yerlərinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "+ 126 Qaraçuxur" su anbarında 800 mm diametrli siyirtmə dəyişdirilir. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

OXŞAR XƏBƏRLƏR